Apreldə Moskvada nə baş verəcək ? - BAKU TV Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 9-da Rusiyaya səfər etməyi planlaşdırır. Buna qədər isə Azərbaycan Baş Qərargah rəisinin rusiyalı həmkarı ilə görüşü, 3 ölkənin xarici işlər nazirlərinin müzakirə aparması, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh təklifi, qarşı tərəfin cavabı və digər məsələləri nəzərə alsaq, Paşinyanın Rusiya səfərinin nəticəsi mühüm maraq kəsb edir. Ermənistan hökumət başçısının Moskvaya əvvəlki səfərlərinə nəzər saldıqda görürük ki, bu, adətən gələcəkdə baş verəcək hadisələrlə bağlı olur. Ancaq Azərbaycan, Türkiyə və Rusiya arasındakı münasibətlər sisteminə ətraflı baxdıqda görmək mümkündür ki, əslində, Ermənistanın nə bu münasibətlər sistemində yeri var, nə də vahid iradəsi. Qeyd edək ki, Nikol Paşinyanın Fransaya sonuncu səfəri Rusiyada narazılıqla qarşılanıb. Elə buna görə də bəzi ekspertlərin fikincə, gələn ay Paşinyan Moskvada məhşər ayağına çəkiləcək. Çünki Rusiya artıq onun ikili oyunlarına dözə bilmi
Hide player controls
Hide resume playing