Myvideo

Guest

Login

randa Azrbaycan dilind dananlara nec ignc edilir

Uploaded By: Myvideo
2 views
0
0 votes
0

Heç kimə sirr deyil ki, İran dövləti yerli azərbaycanlı əhalinin sayını ciddi-cəhdlə gizlətməyə çalışır. Lakin milli fəalların son hesablamalarına görə, hazırda İran əhalisinin 40%-ni məhz azərbaycanlılar, türklər təşkil edir. Bu da təxminən 40 milyon azərbaycanlı deməkdir. Hazırda Cənubi Azərbaycan şəhərlərinin küçələrində, meydanlarında, parklarında azərbaycanlı tarixi şəxsiyyətlərin adlarına rast gəlmək mümkündür. Amma Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri İran ədibləri kimi təqdim edilir. Azərbaycan türklərinin öz dillərində təhsil alması isə qadağan edilib. Məcburi farslaşdırma siyasəti tarixi toponimlərimizdən də yan keçməyib. Məsələn, Günbərf, Girinc, Əhmədabad, Dəməşqiyyə, Əxməqiyyə, Kuhdel, Səbalan və digər coğrafi adlar türk mənşəli Günbəri, Giriş, Əkinava, Gümüşqaya, Axmaqaya, Göydil, Savalan toponimlərinin təhrif olunmuş formalarıdır. Tarixən Araz kimi tanınan çayın adı isə bütün İran mənbələrində “Ərəs” kimi təqdim olunur. ** #iran #tehran #türk #azərbaycanlı #cənubiazərbaycan #təbriz #araz #fars #ictimaitv #video #televiziya #baku #videolar #itv

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later