Cəmi 18 il yaşasa da, adını tarixə yazdırmağı bacardı. Söhbət şəhid Elvin Məlikməmmədovdan gedir. APA TV-nin şimal bürosunun xəbərinə görə, Elvin Elçin oğlu Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. Ailənin ilk övladı olan Elvinin özündən kiçik iki qardaşı var. Vətənpərvərliyi ilə seçilən Elvin 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Anası Hicran Məlikməmmədova deyir ki, oğlu ilə son dəfə Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl görüşüb: “Yaşı az olsa da, hörməti çox idi. Sentyabrın 20-də xidmət elədiyi hərbi hissəyə Elvinlə görüşməyə getmişdik. Görüşdük, danışdıq, şəkillər çəkdirdik. Biz qayıdanda bloknotunu mənə verdi. Tərtərdən qayıdanda yolboyu bloknotda yazılan qeydləri oxuyurdum. Həmin vaxt yazdıqlarının mənasını anlamamışdım. Elvin şəhid olandan sonra yazılanları oxudum. Mənə məktub da yazmışdı. Orda belə bir şeir vardı: Əsgər oldum mən də Azərbaycana, Haqqını, südünü halal et, ana. Şəhid olsam, qəbrim üstə ağlama, Bayramlarda bayram payımı saxlama. B
Hide player controls
Hide resume playing