Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir”. Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Açıqlamada o da qeyd olunub ki, Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı Fərruxdur. Fərrux kəndi isə yenidən şanlı Azərbaycan bayrağına qovuşdu. Vaxtilə işğal altında olan və bir-bir öz əzəli sahiblərinə qayıdan digər ərazilər kimi Xocalı rayonunun strateji əhəmiyyətə malik bu kəndi də artıq Azərbaycanın nəzarətindədir. #ictimaitv #video #televiziya #baku #videola
Hide player controls
Hide resume playing