#APATV #Laçın #erməni #AzərbaycanOrdusu #Azərsu #Zəngəzur #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Ermənilər Laçını görün nə hala salıblar? – Bu vəhşilik deyilmi? İşğaldan azad edilmiş Laçın şəhərinə səfər edən media nümayəndələri içərisində biz də varıq. 30 illik həsrət bitir və biz APA TV komandası olaraq Laçına yola düşürük. Bizi gedəcəyimiz ünvana aparan yolla irəlilədikcə, illər ərzində Laçında nələrin dəyişdiyinin şahidi oluruq. Şəhəri gəzdikcə bir vaxtlar ata babalarımızın yaşadığı bu yerlərin hər köşəsində erməni vandalizmin izini hər addımda görmək olur. Ermənilər illərdir işğal altında saxladıqları, qeyri-qanuni məskunlaşdıqları şəhəri tərk edərkən vəhşiliklər törədiblər. Onlar evləri, tikililəri dağıdıb, damları, qapı-pəncərələri söküb aparıblar. Laçın şəhərində ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkirik. Şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işlərinin şahidi oluruq. Məlum olur ki, Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb. Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları mövqelər qurub, xidmət aparır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir: “Mühəndis qoşunları tərəfindən mina axtarma işləri davam etdirir. Qeyd edim ki, Laçın şəhərində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların müharibədən sonra Ermənistan Respublikasında istehsal olunması müəyyən edilib. Bu da Azərbaycan Ordusuna və əhalisinə qarşı təcavüzün göstəricisidir“. Anar Eyvazov deyib ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, burada hər şey çox yüksək səviyyədə təşkil ediləcək. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, ermənilər Laçından çıxarkən bütün su infrastrukturunu dağıdıb: “Aparılan təftişlər nəticəsində məlum olub ki, ermənilər Laçından çıxarkən bütün su infrastrukturunu dağıdıb. Belə ki, Laçın şəhərinin su mənbəyi subartezian quyuları olub. Bu quyular tamamilə dağıdılıb və nasoslar çıxarılıb. Sanki burada quyular olmayıb. Eyni zamanda, Laçın şəhərinə su nəql edən nasoslar sökülüb aparılıb və onun binası dağıdılıb. Şəbəkənin nə vəziyyətdə olduğu bilinmir. Hazırda alternativ mənbələrdən, bulaqlardan Laçın şəhərinə su nəqli ilə bağlı işlər gördük. Məlum oldu ki, şəhərə su gəlib çıxmır. Təftiş zamanı o da məlum oldu ki, onlar 325 mm diametrlik polad su xəttinin bir hissəsini kəsib böyük odun kötüyü yerləşdiriblər. Bu da suyun gəlməsinin qarşını alıb”. O qeyd edib ki, “Azərsu” dərhal əraziyə suyun çatdırılması üçün 3 ədəd su maşını ezam edib və ilkin olaraq suyun çatdırılması təmin edilib və sentyabrın 10-na kimi Laçında bütün obyektləri su ilə təmin olunacaq. Hərbi ekspert Ədalət Vəliyev bildirib ki, 30 km-dən uzun olan dəhlizi Rusiya nəzarətindən öz nəzarətimizə keçirməklə, paralel olmaqla Laçın ərazisindən 9 km məsafədə onlara yol verilib: “Bu, sadəcə, yoldur, heç bir halda dəhliz deyil. Gələcək statusu daha çox Zəngəzur dəhlizinə veriləcək statusla bağlı olacaq. Hər bir halda Laçın rayonunun coğrafiyasını gördük. Ətrafımızda, əsasən, strateji yüksəklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir“. Hərbi ekspert onu da qeyd edib ki, Ermənistan tərəfi həm vandallıq, barbarlıq, həm də terrorla məşğul olub. Laçın şəhəri artıq etibarlı əllərdədir. Buraya xidmət göndərilən zabiti Bilal Bayramov düşməndən azad edilmiş ərazilərdə xidmət etdiyi üçün qurur duyduğunu deyib. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız:
Hide player controls
Hide resume playing