Uzaqdan sevirik bir-birimizi, Kəlmə də kəsmirik,söz soruşmuruq. Küsülü deyilik,düşmən deyilik, Bizdən danışırlar,biz danışmırıq. Sevgimiz əzizdir,doğmadır,safdır, Bəs niyə qaynayıb,biz qarışmırıq? Adicə üzbəüz qarşılaşanda, Heç beş saniyədən çox baxışmırıq... Gör necə sevənlər qoşa gəzirlər, Amma biz əl verib,əl tutuşmuruq. Dalğalar,sahillər qədər deyilik? Onlar qovuşurlar,biz qovuşmuruq... Allahın yazdığı alın yazıdır, Bəlkə xasiyyətcə biz uyuşmuruq?.. Bəlkə də,bizləri alın yazıyla, Allah barışdırır,biz barışmırıq
Hide player controls
Hide resume playing