Ali Khayyam - Hardansan? Necə də saxta səslənirdi “Mən Odlar Diyarındanam“ cümləsi Necə də gülməlidir, bilmirlər “Mən Küləklər Şəhərindənəm“ deyənlər... Mən balışların gecələr sevligi olduğu şəhərindənəm Mən hər kəsin bir-birini nərdivan kimi gördüyü şəhərdənəm Mən kədəri adamın xirtdəyini sıxan diyardanam Mən qızların qadın olmadan ana olduğu yerdənəm... Dostluqların bir çay və öpüş səsindən ibarət olduğu Sevgilərin məktəb partalarına iz qoyduğu İsti saraylarda yaşayanların gecələr ağrıdan üşüdüyü Bir-iki dənə yarpaqdan romantizm yaşayan şəhərdən... Mən torpağını hələ də niyə itirdiyini bilməyənlərdənəm Ərəb dilində söz qanmadan, Quran oxuyanlardanan Zərdüştün adını bilmədən, oddan tullananlardan... Mən Türk doğulduğum üçün hər gün Tanrıya şükr edən Anamın kədərli əllərinin arasında ağlaya bilən Mən fahişə qadınlardan iyrənən Qadınımın yanında bir nəfəs sissizliyi qədər tükünən... Mavi natəmiz danışan adamların müasir sayıldığı Tanrı adının araq süfrələrində tez-tez çəkildiyi Və şeirin ancaq qafiyədən
Hide player controls
Hide resume playing