Vətən müharibəsinin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan imzaladığı məğlubiyyət aktının müddəalarını yerinə yetirmək istəmir. Gah nala, gah mıxa vuran ermənilərin istəyi hər nə qədər vaxt qazanmaq və “bəlkə də qaytardılar” xülyasını gerçəkləşdirmək olsa da, Azərbaycan Prezidentinin Qubada səsləndirdiyi sərt bəyanat çoxlarının qulağını cingildətdi. Müharibə dövründə Azərbaycanın tarix verilməsi ilə bağlı şərtlərini qəbul etmək məcburiyyətində qalan Ermənistan indi eyni situasiya ilə üz-üzədir. Bu vaxtadək məsələni uzatmaq üçün hər addıma əl atan Ermənistandan Azərbaycan yenə konkret vaxt gözləyir. Paşinyan hökuməti yenə dərin düşüncə içindədir. Qarabağ məsələsi ətrafında cərəyan edən son proseslər Nərmin Nurəddinqızının süjetində. ** #ictimaitv #video #televiziya #baku #videolar #itv
Hide player controls
Hide resume playing