Rusiya azərbaycanlılarla bağlı məlumat yaydı | Yeni qaydalara nələr aiddir? Rusiyaya işləməyə gələn miqrantların rus dili, tarixi və əsas qanunvericilik fənləri üzrə verdiyi yazılı imtahanlar videoya çəkilə bilər. Bu barədə yerli media ölkənin Təhsil Nazirliyinin göstərişinə istinadən məlumat yayıb. Qeyd olunub ki, yeni təklif korrupsiya risklərini azaltmaq məqsədi daşıyır. Odur ki, miqrantlar üçün nəzərdə tutulan imtahanın yazılı hissəsində məcburi şəkildə videoçəkilişdən istifadə edilə bilər. Məlumatda vurğulanıb ki, “Rusiyada xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir ki, bunun məqsədi miqrantların Rusiyada qalmalarını leqallaşdırmaq üçün akademik məzuniyyətdən istifadə etmələrini istisna etmək olacaq. Qubernatorlar patent əsasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin işə götürülməsinə tam və ya qismən qadağa qoyulmasının məqsədəuyğunluğu məsələsində işəgötürənlərlə birlikdə işləməyə dəvət olunub. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Rusiya azərbaycanlılarla bağlı məlumat yaydı | Yeni qaydalara nələr aiddir? 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #rusiya #azərbaycan #miqrant #rusdili #tarix #qanun #korrupsiya #videoçəkiliş #əcnəbilər #vətəndaş
Hide player controls
Hide resume playing