Zod qəsəbəsində yeni elektrik xətti çəkilir - BAKU TV Sosial şəbəkələrimiz Kəlbəcərdə yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC rayonun çətin relyefli şaxtalı hava şəraitinə baxmayaraq, buradakı işini fasiləsiz həyata keçirir. Rayon ərazisindəki hərbi hissələrin və xüsusi dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi ilə təchizatı təmin olunub və genişmiqyaslı işlər bu gün də aparılır. “Azərişıq” ASC-nin sözçüsü Vaqif Aydınoğlunun sözlərinə görə, Kəlbəcər rayonundakı “Qamışlı” 110 kV-luq yarımstansiyadan mənbə kimi istifadə etməklə Zod qəsəbəsi istiqamətində 29 km-lik məsafədə yeni xətt çəkilir. Bu xəttin 15 km-dən çox hissəsində izolyasiyalı kabeldən istifadə edilir. ınoğlu onu da əlavə edib ki, əsas məqsəd qısa müddətdə Kəlbəcərin ən ucqar nöqtələrini elektrik enerjisi ilə təmin etməkdir. Qeyd edək ki, sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə bu gün müasir elektrik şəbəkələri qurulur. Zod qəsəbəsində yeni elektrik xətti çəkilir © 2022 © All Rights Reserved ℗ Baku TV #zod #kelbecer #elektrikxetti
Hide player controls
Hide resume playing