Ermənilər yeni xəyala düşüb - BAKU TV İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə olunan və mühüm məsələlərdən biri də sərhədlərin dəqiqləşdirilməsidir. 26 noyabr 2021-ci il tarixində, Soçi görüşü çərçivəsində əldə olunan razılaşmaya görə problemin həlli üçün işçi qrupu fəaliyyətə başlamalı idi. Lakin bu məsələdə uzun müddətdir ki, səssizlik müşahidə edirik. Ötən gün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu səssizliyi pozub. O bildirib ki, Ermənistan təmas xəttində sərhəd qoşunlarını yerləşdirməyi və sakitcə delimitasiya, demarkasiya prosesinə başlamağı təklif edir. Armen Qriqoryanın bu absurd təklifini bir neçə ay öncə Baş nazir Nikol Paşinyan da dilə gətirib. Bu cütlük heç vaxt ermənilərin ilkin şərt irəli sürmədiklərini və yalnız sərhədlərin müəyyənləşməsi üçün bu prinsipin işlək olduğunu idda edirlər. Görünən odur ki, ermənilər hələ də manipulyasiya ilə məşğuldur. Bəs əslində, Qriqoryanın sərhəd qoşunlarının fəaliyyəti ilə bağlı təklif səsləndirməsi hansı anlama gəlir?
Hide player controls
Hide resume playing