Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşünün nəticələrini “müsbət qiymətləndirib“. Ermənistan Baş naziri Nikol Paşinyan isə sülh sazişi ilə bağlı Azərbaycanın təqdim etdiyi təkliflərdə Ermənistan üçün “qəbuledilməz bir şey olmadığını” bildirib. Amma həftəlik hökumət iclasında çıxış edən Paşinyan onu da deyib ki, bu təkliflər, onun təbirincə, gündəlik məsələlərini tam əks etdirmir. Paşinyan Qarabağda, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməni əhalisini nəzərdə tutaraq deyib: “Erməni tərəfi üçün Dağlıq Qarabağ xalqının təhlükəsizlik qarantiyaları, hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağın son statusunun dəqiqləşdirilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir”. Paşinyan deyib ki, bu məsələlər də “danışıqlar gündəliyinə daxil edilməlidir”. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Recep Tayip Erdoganla telefon söhbətində Brüssel görüşünün nəticələrindən danışıb. Prezidentlər Ermənsitanla mümkün sülh sazişini müzakirə edib Əliyev söhbət
Hide player controls
Hide resume playing