Məktub | Aqşin Yenisey Səsləndirdi: Elman Hüseynov Sənə məktub yazıram Yazıram ki, bağışla... Burda hava pis keçir Ara vermir yağışlar Tək yatıb tək durmaqdan Bezdirmişəm otağı Bilirsən... pinti olur Yalqızların yatağı Yalqızlar az yuyunur Gəlir yalqızlardan iy Çayları soyuq olur Yeməkləri alaçiy Çirkli ayaqqabılar... Dibi yanmış qazança... Bir qırıq da ümid var ...qayıdacaq haçansa... Yalqız sabaha baxmır Arzulayır keçmişi Çox miskin mənzərədir Ev yığışdıran kişi Hələ bunun gecələr içib ağlamağı var, saçın daramamağı saqqal saxlamağ
Hide player controls
Hide resume playing