Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə həssaslıqla yanaşılır və hazırlığına xüsusi diqqət yetirilir. Proqrama əsasən, çağırışçılarla sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir. Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilib. ____ Подготовка молодых солдат постоянно находится в центре внимания Во исполнение соответствующего распоряжения Президента Азербайджанской Республики, в учебных воинских частях Азербайджанской Армии постоянно проявляется забота о недавно принятых молодых солдатах, чуткое отношение к процессу их адаптации и подготовке. По программе с призывниками проводятся уроки по строевой и физической подготовке, а также занятия по боевой подготовке. В ходе занятий их обучают соответствующим требованиям устава и военного законодательства, правилам воинской дисциплины, а также элементам упражнений по строевой, физической и огневой подготовке. Здоровье и питание молодых солдат также находятся в постоянном центре внимания. В целях обеспечения личного состава здоровой и калорийной пищей в солдатских столовых проведены все необходимые мероприятия с полным соблюдением санитарно-гигиенических правил. ____ Training of young soldiers is always in the spotlight With regard to the relevant Decree of the President of the Republic of Azerbaijan, soldiers newly admitted to the training military units of the Azerbaijan Army are constantly under the care, their adaptation process is treated with sensitivity and special attention is paid to their training. Under the program, drill and physical training classes, as well as combat training exercises are conducted with conscripts. During the classes, conscripts are taught the relevant requirements of the charter and military legislation, rules of military discipline, as well as the elements of work on drill, physical and fire training. The health and nutrition of new soldiers is also constantly in the spotlight. To provide the personnel with healthy and high-calorie food, all necessary measures are implemented in the soldiers' canteens with full observance of sanitary and hygienic rules.
Hide player controls
Hide resume playing