Myvideo

Guest

Login

Ermnilr orduya getmkdn boyun qarr | Painyan Qrbdn ald silahlar i salmaq istyir

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir? Ermənistanın ordu quruculuğu prinsipləri II Qarabağ müharibəsindən əvvəl də çağırışçıları dilemma qarşısında qoymuşdu. Belə ki, hələ 2017-ci ildə “əvvəlcə ordu, sonra təhsil seçimi” amili hökumət və xidmətə yararlı gənc çağırışçılarla fikir ayrılıqlarına səbəb olmuşdu. Gənclər həmin vaxt “öncə təhsil, sonra hərbi xidmətə çağırışı” dəstəkləyiblər. İndiki vəziyyətdə isə çağırışçıların əksəriyyəti, ümumiyyətlə, hərbi xidmətdən boyun qaçırırlar. Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını ordudan yayındırmaq istəyir. “İnsanlar övladlarını hərbi xidmətdən yayındırmaq haqqında düşünürlər. Digər problem isə hətta 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Nikol Paşinyan deyib. Ekspertlər bildirirlər ki, şinyanın hökumətin iclasında belə bir mövzuya toxunması müəyyən zərurətdən irəli gəlir. Belə görünür ki, Qərbdən Ermənistana tədarük edilən silahları işə salmaq üçün orduda formalaşdırılmış, döyüşə hazır vəziyyətdə şəxsi heyət çatışmazlığı yaşanır. Baş nazirin narahatlıq dolu açıqlaması həm də qeyd etdiyimiz məqamdan qaynaqlana bilər. Bu, analitiklər tərəfindən erməni siyasi hakimiyyətinin yeni savaşa başlamaq, revanşizm cəhdlərinin növbəti siqnalı kimi dəyərləndirilir. Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın və onun arxasında duran qüvvələrin, partnyorların əsas istəyi regionda gərginliyi artımaq, hərbi təxribatlar törətmək, Azərbaycan ərazisinə qəfil hücum etmək və digər bu kimi məkrli niyyətlərdir: “Digər önəmli amil də bundan ibarətdir ki, yeni hərbi kampaniyaya erməni əhalisi qoşulmaq istəmir. Sülhün alternativsiz olması da bir daha burada öz təsdiqini tapır”. Elə Qərb siyasətçiləri tərəfindən verilən “Müdafiə potensialı üzərində işləmək və təhlükəsizlik sahəsində tərəfdaşlarını seçmək Ermənistanın suveren hüququdur” kimi həyasız, diletant açıqlamalar İrəvanın regionla bağlı təhlükəli vəziyyətə hazırlıqları barəsində kifayət qədər aydın təsəvvür yaradır. Canlı qüvvə axtarışına çıxan Baş nazirin hökumətin iclasındakı çıxışı bunu bir daha təsdiq edir. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir? 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #ermənistan #paşinyan #qərb #ermənilər #silahlar #ermənistanordusu #nikolpaşinyan #nikolpashinyan #azadisazadə

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later