Myvideo

Guest

Login

Birldik - 2024 tliminin taktiki epizodu nmayi etdirilib

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

“Birləşdik - 2024“ təliminin taktiki epizodu nümayiş etdirilib Qazaxıstan Respublikasında keçirilən “Birləşdik - 2024“ beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi “Oymaşa“ təlim poliqonuna gəlib. Nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib. Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib. Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib. Sonda qonaqlar “Birləşdik - 2024“ beynəlxalq təliminin taktiki epizodunu izləyiblər. Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib.

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later