Məzmun: Film görkəmli dramaturq və böyük vətəndaş, xalqımızın fəxri Cəfər Cabbarlının anadan olmasının 70 illiyinə həsr olmuşdur. Filmdə, hər şeydən əvvəl, Cəfər Cabbarlı bir vətəndaş kimi, mənalı həyatını doğma xalqına xidmətdə görən, qeyri-adi istedadını xalqının maariflənməsi, Azərbaycan qadınının çadra hökmranlığından tamamilə azad olması uğrunda qələmi ilə mübarizə aparan şəxsiyyət kimi əks etdirilmişdir. Kinolentdə kino və foto arxivə, müxtəlif sənədlərə müraciət edilmiş, böyük ustadın yaxın qohumları və qələm, sənət dostları ilə söhbət aparılmış, əsərlərindən səhnələr verilmişdir. Dramaturq, şair, nasir, teatr və kino xadimi kimi tanınmış Cəfər Cabbarlının böyük əməlləri bu gün də, sabah da yaşayacaqdır. Bu fikir filmin əsas qayəsini təşkil edir.
Hide player controls
Hide resume playing