Myvideo

Guest

Login

O dnyadan salam (4K, dram, facivi komediya, 1991)

Uploaded By: Myvideo
56 views
0
0 votes
0

O dünyadan salam filmi rejissor Tofiq Tağızadə tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. Film Cəlil Məmmədquluzadənin “Ölülər“ pyesinin motivləri əsasında çəkilmişdir. Film görkəmli ədibin, xalqına ləyaqətlə xidmət etmiş vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Filmdə ümumbəşəri problemlər qaldırılır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyiri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır. Film “Azərbaycanfilm“ kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məlik Dadaşov, Leyla Bədirbəyli, Səyavuş Aslan, Yılmaz Duru, Mərahim Fərzəlibəyov ifa edirlər. Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır. Rollarda: Məlik Dadaşov — Şeyx Nəsrulla Leyla Bədirbəyli — Kərbəlayi Fatma Səyavuş Aslan — Hacı Həsənağa Yılmaz Duru — Kefli İsgəndər Mərahim Fərzəlibəyov — Şeyx Əhməd Yaşar Nuri — Məşədi Oruc Mirzə Babayev — Hacı Kərim Məmməd Bürcəliyev — Hacı Baxşəli Qəmər Məmmədova — Zeynəb Rauf Şahsuvarov — Əli Nazir Əliyev — Kərbəlayi Vəli Alim Məmmədov — Əli bəy Tofiq Hüseynov — Heydər ağa Arif Quliyev — Hacı Kazım Səbinə Şərifova — Nazlı Lətifə Əliyeva — Ana Hamlet Qurbanov — Mirbağır ağa Füzuli Hüseynov — Cəlil usta Vüqar Abbasov — Cəlal

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later