Paşinyandan Türkiyə ilə bağlı irəliləyiş - BAKU TV Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə humanitar yadım göndərdiyi üçün onu tənqid edənləri qınayıb. “Təsəvvür edə bilmirəm ki, qonşuluqda milyonlarla insan dəstəyə ehtiyac duysun və kimsə buna biganə qalsın, bu, qəbuledilməzdir”, - deyə Paşinyan bildirib. O həmçinin xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini çox mühüm və simvolik hadisə kimi qiymətləndirib. Paşinyanın sözlərinə görə, hökumətin planında Ermənistanın regionda münasibətlərinin keyfiyyətini dəyişmək zamanıdır. “Təəssüf edirəm ki, bu dəyişikliklər fəlakət şəraitində baş verir. Bir tərəfdən də bəzən insan faciəsi obyektiv olaraq insanları bir-birinə yaxınlaşdırır və anlayış yaradır. Ümid edirəm ki, bu, həqiqətən də regionda Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması üçün yeni başlanğıc nöqtəsi ola bilər”, - deyə o bildirib. Qeyd edək ki, Ermənistan Suriya və Türkiyəni ərzaq, yataq ləvazimatları ilə təmin etmək üçün hökumətin ehtiyat fondundan təxminən 400 min dollar ayrılıb. Paşinyandan Türkiyə ilə bağlı irəliləyiş © 2023 © All Rights Reserved ℗ Baku TV
Hide player controls
Hide resume playing