Ukraynadakı müharibənin aqibəti necə olacaq? - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Hər meydan Azadlıq meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Ukrayna Prezidenti Volodimir Zelenskinin səsləndirdiyi bu fikirlər zaman keçdikcə müharibənin lokal deyil, qlobal olacağından xəbər verir. Artıq bir həftədir ki, Ukrayna, sözün əsl mənasında, qan gölünə çevrilib. Müharibənin əhatə dairəsi günbəgün daha da genişlənir. Bu gediş müharibənin iki dövlət arasında deyil, görünür, qlobal güclərin, şərqlə-qərbin toqquşmasına gətirib çıxaracaq. Hələ ki diplomatik, siyasi görüşlər öz effektini vermir. Dövlətlər bir-birini nüvə silahı ilə hədələyir. Bu isə müharibənin hansı məcrada inkişaf edəcəyi sualını yaradır. Siyasi şərhçilərin fikrincə, Ukraynadakı hərbi münaqişə yaxın 3-4 gün ərzində həll ediləcək. Bu baxımdan, tərəflərin üçüncü dəfə görüşməsi də istisna deyil. Amma həmin masada müharibənin həlli görünmür. Çünki Rusiyanın tələbi torpağı işğal olunan Ukrayna maraqlarına uyğun
Hide player controls
Hide resume playing