Rusiyalı polkovnik ölkəsini tənqid edib - BAKU TV Aktual xəbərlərimiz Rusiyanın Ukraynaya hücumları davam edərkən Rusiya Ordusunun ehtiyatda olan polkovniki, hərbi əkspert Mixail Xodaryonok ölkəsini tənqid edib. Polkovnik “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Rusiyanın Ukraynaya hücumlarını pisləyib. Onun sözlərinə görə, Ukraynadakı vəziyyət Rusiya Ordusunun vəziyyətini də pisləşdirəcək. “Ukrayna Qərbdən əlavə hərbi yardım aldığından Rusiya üçün vəziyyət açıq şəkildə ağırlaşır. Ukrayna Ordusu 1 milyon ukraynalını silahlandıra bilər. Ukraynadakı əməliyyatlara görə bütün dünya bizə qarşı birləşib. Bunu etiraf etmək istəməsək də, bütün dünya həqiqətən bizə qarşıdır və biz bu vəziyyətdən çıxmalıyıq” deyən Xodaryonok əlavə edib ki, informasiya xarakterli sakitləşdirici q
Hide player controls
Hide resume playing