Ermənistanda bayram gecəsi aksiya | Baku TV | Dekabrın 31-də Ermənistanın Baş naziri Nikol Paşinyan mövqelərə baş çəkib. Onu müdafiə naziri Suren Papikyan və digər hərbçilər müşayiət edib. Baş nazir xidmət müddətində seçilən 9 hərbi qulluqçunu da mükafatlandırıb. Paşinyan mövqelərə baxış keçirən zaman isə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində təxribat törədərək saxlanılan hərbçilərin yaxınları İrəvanda hökumət binası qarşısına yığışıblar. Erməni diversantların valideynləri oturaq etiraz aksiyası keçirərək övladlarının ölkələrinə qayıtmasını tələb ediblər. Etirazçılar əllərində ingilis dilində “Erməni məhkumlara azadlıq” yazılı plakatları tutaraq səssizcə durublar. Xatırladaq ki, dekabrın 29-da Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Macarıstanın vasitəçiliyi ilə Ermənistana 5 nəfər erməni hərbçi qaytarıb. Həmin şəxslər 2021-ci ilin noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı saxlanılan erməni əsilli hə
Hide player controls
Hide resume playing