Ərəb dilində isimlər müəyyənləşdikdə, əvvəlinə Əlif-Ləm (ƏL)“اَلْ ” müəyyənlik artiklı əlavə edilir. Belə olduqda Qurani-Kərim əlifbasındakı 28 hərf iki hissəyə bölünür. 14-ü Qaməri, 14-ü isə Şəmsi olur. Qaməri hərflərin məxrəcləri (tələffüz olunduqları yerlər) Sükunlu Ləm hərfinin məxrəcindən uzaq olduqları üçün, Ləm hərfini yazıldığı kimi sükunlu oxuyuruq. Buna “İzhar” deyilir. İzhar isə, üzə çıxarmaq, aşkar etmək deməkdir. Yəni ki, Sükunlu Ləm hərfini aşkar formada oxuyuruq. Qaməri hərflər bunlardır: ي ه و م ك ق ف
Hide player controls
Hide resume playing