MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb. Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir. ____ СООБЩЕНИЕ МИНИСТЕРСТВА ОБОРОНЫ 22 апреля примерно в 20:00 нашими камерами наблюдения, установленными на территории Лачинского района, было зафиксировано движение колонны принадлежащих Армении транспортных средств, состоящей из 2 тягачей КамАЗ с жилым контейнером на каждом, 1 автокрана КАМАЗ, 1 УАЗ-3151 и 1 УАЗ Патриот. На видеозаписях видно, что автоколонна, движущаяся с направления населенного пункта Корнидзор Армении, сначала пересекла недавно построенный мост через реку Хакари на условной азербайджано-армянской границе и въехала на территорию Азербайджана. Следует отметить, что российские миротворцы создали условия для проникновения грузов военного назначения из Армении на территорию Азербайджана. В результате наблюдения выяснилось, что автомобили, впоследствии вернувшись, сделали остановку на территории Армении, и при помощи автокрана были выгружены 2 жилых контейнера в заранее подготовленное место, находящееся на границе с Азербайджаном, на стыке дороги Лачин-Ханкенди. Проведённое нами наблюдение подтвердило установление армянской стороной пограничного контрольно-пропускного пункта на границе с Азербайджаном, на въезде на дорогу Лачин-Ханкенди, без предварительного согласования и в нарушение трёхстороннего Заявления от 10 ноября 2020 года. ____ INFORMATION OF AZERBAIJAN DEFENSE MINISTRY On April 22, at about 20:00, movement in the column of 2 Armenian KamAZ trucks, 1 auto crane KamAZ, 1 UAZ-3151 and 1 UAZ-Patriot vehicles with a residential container on each was recorded by the Azerbaijan Army's surveillance cameras in the territory of Lachin region. The video footage testifies that the column of vehicles moving from the direction of the Armenian Kornidzor settlement first enters the territory of Azerbaijan by crossing the newly built bridge over the Hakari river on the Azerbaijani-Armenian conditional border. It should be noted that the entry of military supplies from Armenia to Azerbaijan was carried out with the support of Russian peacekeepers. As a result of the surveillance, it was also revealed that after the return of vehicles to the territory of Armenia, the two residential containers were unloaded to a place prepared in advance by a truck crane on the cross of the Lachin-Khankendi road on the border with Azerbaijan. The observation confirms the establishment by the Armenian side of a border checkpoint on the border with Azerbaijan, at the entrance to the Lachin-Khankendi road, without prior agreement and in violation of the Trilateral Statement of November 10, 2020.
Hide player controls
Hide resume playing