Myvideo

Guest

Login

Sfrbrlik tminat bazasnda komanda qrargah tlimi keirilib

Uploaded By: Myvideo
2 views
0
0 votes
0

Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib. Təlimin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduqda çağırılacaq hərbi vəzifəlilərin toplanış məntəqəsində qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslara uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini, çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların qarşılıqlı fəaliyyətini daha da təkmilləşdirməkdir. Təlimin planına uyğun olaraq məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və xidmət yerlərinə təyin olunması fəaliyyətləri imitasiya edilib, qarşıda duran bütün vəzifələrin icrası xəritə üzərində dəqiqləşdirilərək komandirlərin məruzələri hazırlanıb. Səfərbərlik təminat bazasına gələn Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyət təlimin gedişini izləyiblər. Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ə. Əfəndiyev hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, zəruri təminat növləri ilə təmin olunması, eləcə də digər tapşırıqların operativ icrası ilə bağlı qəbul edilən qərarlara dair məruzələri dinləyib. Daha sonra bazada yeməkxana və yataqxanaların vəziyyəti, həmçinin tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. ____ На базе мобилизационного обеспечения проведены командно-штабные учения Согласно плану боевой подготовки на 2023 год, утвержденному министром обороны, на базе мобилизационного обеспечения Сухопутных войск были проведены командно-штабные учения. Основной целью учений является повышение управленческих способностей личного состава базы мобилизационного обеспечения, навыков оперативного принятия решений, а также дальнейшее совершенствование взаимодействия штабов при проведении приема, регистрации, комплектования в соответствии с военными специальностями и при осуществлении иных мероприятий на сборном пункте военнообязанных, подлежащих призыву в случае объявления Президентом Азербайджанской Республики всеобщей или частичной мобилизации. В соответствии с планом учений на пунктах была сымитирована деятельность по приему, осмотру и распределению по местам службы призывников из запаса, на карте были уточнены все предстоящие задачи и подготовлены доклады командиров. Прибывшие на базу мобилизационного обеспечения заместитель министра обороны - командующий Сухопутными войсками генерал-лейтенант Энвер Эфендиев и другой руководящий состав понаблюдали за ходом учений. На брифинге в штабе сборного пункта генерал-лейтенант Э.Эфендиев заслушал доклады о решениях, принятых в связи с ведением соответствующей регистрации военнообязанных, проведением медицинских осмотров, обеспечением необходимыми видами снабжения и оперативным выполнением других задач. Поинтересовавшись состоянием столовых и казарм на базе, а также организацией медицинской службы, заместитель министра дал соответствующие поручения. Задачи, поставленные в ходе командно-штабных учений, были успешно выполнены. ____ Command-staff exercises were held at the mobilization support base

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later