Şamaxının ucqar Dəmirçi kəndində 3 mobil klinikanın təqdimatı - Baku TV “PROACT-Care“ layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib. Yeni mobil klinika rayonun ucqar dağ kəndlərində əsasən də qış aylarında çətin relyefə malik kəndlərdə xidmət göstərəcək. Burada qeyri-infeksion xəstəliklərin vaxtlı-vaxtında diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq. Mobil klinikadan Şamaxıda COVID-19-a qarşı mübarizədə də istifadə olunacaq. Daha sonra mobil kilinikalar TƏBİB rəsmisinə təqdim olunub. Klinikanın içərisinə baxış keçilib. TƏBİB sədri Ramin Bayramlı bildirib ki, ölkənin bütün regionlarında tibb mərkəzlərinin yaradılması planlaşdırılır. İlkin olaraq Şamaxının, daha sonra ölkənin bütün ucqar kəndlərində vətəndaşların ən yüksək səviyyədə ilkin tibbi yardım almaları üçün bu cür yeniliklər həyata keçirilir. Bu layihənin icrasında ÜST-n
Hide player controls
Hide resume playing