Ermənilərə işləyənlərin dərsi verildi - Baku TV Erməni lobisinin maddi və mənəvi dəstəyi ilə yalan xəbərlər yaymaqla tanınan rusiyalı “jurnalist” Semyon Peqov bir daha ifşa olunub. Belə ki, azərbaycanlı gənclər onun saxtakar olduğunu sübut edərək, Peqov kimilərə tarixi dərs veriblər. Ermənilərin təxribatını təbliğ edən Peqov Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq üçün heç bir fürsəti əldən vermir. Növbəti belə “fürsət” hava limanı ərazisində çəkilmiş Əfqanıstan qaçqınlarının videosu olub. Sosial şəbəkənin erməni seqmentinin böyük canfəşanlıqla tirajladığı həmin videonun guya Bakıda lentə alındığı iddia olunub. Ermənilərin və onlara çalışan təxribatçıların iddiasına görə, on minlərlə qaçqın Azərbaycan paytaxtına gətirilib. Bu azmış kimi, guya onlar Qarabağa yerləşdiriləcəklər. Əslində isə video Vaşinqtonun Dallas Beynəlxalq Hava Limanında həmyerlilərimiz tərəfindən çəkilib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində genis
Hide player controls
Hide resume playing