Seyyid Taleh - Mən ağlıram balam gülür / Mənim balam qəhrəmandır Mircəlal Qurbanovun layihəsi Söz : Ustad Kəlami Mus : Ustad Hacı Nasir Məddah Aranjiman : Fəriborz Xatəmi Sözləri ⬇️ İlahi, şahid ol özün, mən ağlıram balam gülür Yavaş-yavaş yumur gözün, mən ağlıram balam gülür Atıbdı Hərmələ oxun, kamanı saldı çiyninə Əlimdə bənzədi balam, yaralı bir göyərçinə Salar ölüncə bu yara Rubabi qəm kəməndinə Anası öldürür özün, mən ağlıram balam gülür Çəkib anası altı ay, bu nazidanə nazını Gətirdi Kərbəlaya ta, ala öz imtiyazını Necə açar qəmatini, necə öpər boğazını Desəm çətindir ox sözün, mən ağlıram balam gülür Mən oğlumu gətirmişəm, nigarıma fəda edəm Gərək əzizimin qanın, göyə səpəm dua edəm Ki ta tamami aləmi, bu eşqə aşina edəm Deyəm bəlalara dözün, mən ağlıram balam gülür Nə su veribdi Hərmələ, nə də tərəhhüm eylədi Çəməndə bağibanilən gülü təcəssüm eylədi Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi Behiştə döndərib üzün, mən ağlıram balam gülür Mən ağlıram bu illətə, anası müntəzir qalıb Balam gülür buna görə, behiştdən ətrini alıb Hərəm quşu qanad çalıb, qolunu boynuma salıb Görübdür eşq möcüzün, mən ağlıram balam gülür Kəlami tikmədi gözün, cahanda şer ümidinə Balası getdi yaralı, şehidi eşq dininə Özü gözünü bağladı, kəfən biçib Səidinə Dedi balamdan əl üzün, mən ağlıram balam gülür Rəsmi kanalımıza abunə olun 👇 Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #Menaglirambalamgulur #EliEsgerMersiyyesi
Hide player controls
Hide resume playing