Myvideo

Guest

Login

Qaraqan v Nazryn Shralarn Ulduzu

Uploaded By: Myvideo
1 view
0
0 votes
0

Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır! Nazryn YouTube: @NazrynMusic Instagram: Facebook: Instagram Spotify X İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin Rəsmi saytımız: *** Sənə xidmət eləməyə gəldim Amma içindəki şeytana yox, insana Tutan ipucularından açar sözlərin uçacaq asimana Əlbət, məndə açması — niyə gölün adı Xəzər, dağın adı Tərtər Amma gözlərində zümrüdü “Sonalar” baleti, otuzüç ipək pərdə Qarşında diz çökməyə gəldim Yapışıb ayaqlarından Tullayım səmaya səni İstərəm ucala göylərə səsin Səni ucaltmağa gəldim İçindəki uşağı oyatmağa gəldim Bilirəm işin, gücün, dərdin Amma içini yeyənləri parçalayıb atmağa gəldim Görəcən nədir saxta, nədir düz, nədir atəş, nədir buz Görəcən kimlər gizlədir, ağbirçəklərində buynuz Səni öpməyə gəldim, gözlərindən ki, ola aydın Yalan bağlamış yaralar laxta bitəcək acın, ağrın Gətirdiyim bir ümman kasanın ölçüsü qədər alacaqsan Ya sən, sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan Sənin ayaqlarını yumağa gəldim Bir yerdə girəcəyik məbədə Hansı? Əlbət, bir gün açılar sandıq, tökülər pambıq Görünər cənnət Səhraların ulduzu Kirpiklərin yuxusu Karvan ola uzana Çoban sayır quzusun Vadilərin quyusu durulsun Fəryadım səmalara duyulsun Ayinlərim vəsfi-xuda Oxur adın hər gül-budaq Gördüm onun əksin suda Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi Gör necə dəyişir gürzə dərisin, elə bil tikir əynini dərzi Həzin əsər külək, qumsallar bizə söylər əsər ürək dolusu Fitrəm iki balıq, beş çörək, nə fərqi nə görsən Xallar necə çiynimdəki bənzər dolça bürcünə Ötər bitər səhra örtər hər kəsi sümüklərini tüpürər Geriyə səndən məndən qalacaq bir ovuc kül Saçlara dən, göz yaşı qəm bir neçə il Qırx ilə dörd şəbi-cümə, halva-şəkər, abu-çiçək Bir gün əkən bizi biçər Səni görməyə gəldim, sənini bulmağa gəldim Kəndirin olmağa gəldim, heyvanxanadan qaçan aslan Üç gecə yollarda nəfəsi təngi, çatdı ormana ərdi Sənin gözlərindəki əksim Göz bəbəklərindəki kainatlar Partlar bir gün, güllərin açar bir gün Ollam qəlbinə açar bir gün Bəlkə də bənövşələrini dərdim Səhraların ulduzu Kirpiklərin yuxusu Karvan ola uzana Çoban sayır quzusun Vadilərin quyusu durulsun Fəryadım səmalara duyulsun Ayinlərim vəsfi-xuda Oxur adın hər gül-budaq Gördüm onun əksin suda

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later