Keçən ilin noyabrında Azərbaycan ordusunun Kilsəli dağ istiqamətində keçirdiyi genişmiqyaslı əks hücum əməliyyatına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin bölmələri delimitasiya edilməmiş sərhəd boyu yeni strateji nöqtələrə çıxmaq, onların arasını dayaq məntəqələri ilə doldurmaq və yol infrastrukturu ilə birləşdirmək əzmində idi. Bu işlər, günün qaranlıq vaxtı başlayan silahlı təxribatlar, bizim rokad yolların qazılması və minalanması, o cümlədən Laçın rayonu istiqamətinə çəkiliş aparan ultrazum kamera silsiləsinin quraşdırılması idi. Məsələyə dərhal müdaxilə etmək vaxtı gəldi və cari ilin sentyabrında keçirilən “Qətiyyətli cavab“ əməliyyatı, ordumuzun istiqamət üzrə taktiki və strateji üstünlüyünü tam olaraq təmin etmiş oldu. Sözügedən əməliyyatın bu günə qədər bilinməyən detallarını, xüsusi çəkiliş qrupumuzun vaxtı ilə çəkdiyi, amma silsilə çərçivəsində məhz bu gün yayımlanan reportajında izləyə bilərsiniz #ictimaitv #video #televiziya #baku #videolar #itv #laçin #qarabağ #azerbaycan #ermenistan #gündem #xeberler
Hide player controls
Hide resume playing