Qubadlı və Laçını birləşdirən Zəngəzur dəhlizinə yol çəkilir - Baku TV İşğaldan azad edilən ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir ki, həmin layihələrdən biri də Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistralının Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometrdir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 km uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 km-dir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla I texniki dərəcəyə uyğun 4 hərəkət zolaqlı olacaq. Hazırda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 36 kilometrlik hissəsində torpaq işləri aparılır. Layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni a
Hide player controls
Hide resume playing