“Sevgi ayrılıqdan güclüdü, vallah“ Baba Vəziroğlu Mən uzaq səfərə yol alan gəmi, Səni tərk edirəm bir liman kimi. Qorxma ayrılıqdan, burax əlimi, Sevgi ayrılıqdan güclüdü, vallah. Dünyada nə qədər sevgi var bil ki, Sən mənim dilimin əzəli, ilki. Qorxma ayrılıqdan ölüm deyilki Sevgi ayrılıqdan güclüdü, vallah. Sən hələ bilmirsən ayrılıq nədir Hər səfər könlünü sıxır inlədir. Ayrılan cisimdir, ruh səninlədir Sevgi ayrılıqdan güclüdü, vallah. Sənsiz həyat deyil ömür gün mənə, Tək sənsən ürəkdən yanan sən mənə. Qorxma ayrılıqdan, inan
Hide player controls
Hide resume playing