#nazir #cinayət #korrupsiya #azerbaycan #eldarmahmudov #mtn #general #araşdırma #məhkəmə #vəzifə #həbs #təhlükəsizlik #antiterror #abzasmedia Araşdırılmayan cinayətlər 5-ci seriya: Keçmiş nazir Eldar Mahmudov Özündən sonra vəzifəsi ləğv olunan Eldar Mahmudovun adı hansı cinayət işlərində çəkilirdi? Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra MTN-in yüksək rütbəli zabitlərinin həbsinə başlanıldı. MTN generalları ilə birgə nazirliyin ümumilikdə 22 vəzifəli şəxsinə qarşı mütəşəkkil dəstə tərəfindən quldurluq törətmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma və bir çox maddələrlə ittihamlar elan olundu. İttiham olunanlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı Bakı İstintaq Təcridxanasında asılmış vəziyyətdə tapıldı. MTN zabitlərinin cinayət işləri üzrə ayrı-ayrı məhkəmə araşdırmaları davam edərkən Eldar Mahmudovun adı bütün məhkəmə proseslərində çəkilirdi. Onun həbsi tələb olunurdu.
Hide player controls
Hide resume playing