Myvideo

Guest

Login

Axrnc Arm (Bdii film, 1971, keyfiyyti artrlm) I 4K

Uploaded By: Myvideo
163 views
0
0 votes
0

Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film “Azərbaycanfilm“ kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova “ən yaxşı kişi obrazı“na görə II mükafat, aktyor Həsən Məmmədova “ən yaxşı kişi rolu“na görə mükafat verilmişdir. Film haqqında Film yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım“ romanı əsasında ekranlaşdırılmışdır. Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır. Filmin adı Qarlı aşırım olmalı idi. Bədii Şurada müzakirə zamanı belə qərara gəlinir ki, sadəcə olaraq filmin adı dəyişdirilsin. Beləcə “Qarlı aşırım“ “Axırıncı aşırım“ oldu. Buna səbəb isə filmin çəkilməsi üçün az vaxtın ayrılması oldu. Filmin adı “Qarlı aşırım“ olardısa, mütləq qışda çəkilməliydi, bu zaman qarla zəngin mənzərələr lazım gələcəkdi. Bu isə həddən artıq çox vaxt aparacaqdı. Bütün bunlar əlavə əzab-əziyyət idi, texnika baxımından çətinlik yaranacaqdı. Filmdəki kəndin dekorasiyası Qobustanda qurulmuşdu. Filmin çəkilişləri əsasən Qobustanda - “Böyük daş“da, “Kiçik daş“da, “Çınqıl daş“da çəkildi. Demək olar ki, filmin çəkilişləri əsasən Bakıda və Qobustanda aparılıb. Orada adı çəkilən “Qara qaya“ adlı yer də Qobustandadır. Filmin natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib. Kəndin bəzi küçələrində əlavə dekorlar qurulmuş, fasad dəyişdirilmiş, hasar çəkilmiş, bəzi yerlərdə darvazalar qoyulmuşdu. Toy günü baş verən atışma səhnəsi kəndin aşağı hissəsindəki yolda lentə alınıb. Növrəstənin (aktrisa Tamilla Rüstəmova) Qəmlodan qaçdığı küçələr isə Fatmayıda hasar çəkilən küçənin bir hissəsində reallaşıb. Abbasqulu bəylə Şabanzadənin (aktyor Şəmsi Bədəlbəyli) dialoqu Bayıl qəsəbəsindən Suraxanıya tərəf uzanan ensiz dəmiryolu ərazisində, “Kukuşka” adlanan məkanda, Xəlilin (aktyor Həsənağa Turabov) və Talıbovun (aktyor Hamlet Xanızadə) dəstə topladığı kadrlar Buzovnada lentə alınıb. Talıbovla Şabanzadənin dialoqu kinostudiyanın pavilyonunda çəkilib. Səmədin evinin interyeri studiyanın pavilyonunda, qonaqları qarşıladığı natura çəkilişi isə Fatmayıda aparılıb. Abbasqulu bəyin öldürüldüyü kadr Qobustanda, aktyorların iri planlı təsvirləri kinostudiyanın həyətində ekranlaşdırılıb. Kinostudiyada qurulan interyerlərdən İmanın, Xəlilin evinin dekorasiyaları və filmin başlanğıcında hadisələrin ümumi mənzərəsini anons edən iclas səhnəsi pavilyonda gerçəkləşib. Xudayarın qardaşının (aktyor Tariyel Qasımov) gizləndiyi məkan (türbənin interyeri) kinostudiyanın pavilyonunda, eksteryeri isə qəbiristanlıqla birlikdə Qobustanda çəkilib. Kərbəlayının evi kinostudiyanın həyətində qurulan iki dekorasiyada (Vəlinin qonaqları qarşıladığı və Kolanıdakı karvansara) lentə alınıb. Qonaqların və qolçomaqların gərgin münasibətlərini təsvir edən iri plan çəkilişləri ustad operator Rasim İsmayılov tərəfindən süfrənin ortasında qazılan dərinlikdən çəkilib. Filmin ilk orijinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmadı. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi oldu. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik etdi. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürdü. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olundu. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi“ ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb. Festival və mükafatlar: 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova “ən yaxşı kişi obrazı“na görə II mükafat, aktyor Həsən Məmmədova “ən yaxşı kişi rolu“na görə mükafat verilmişdir. Filmin üzərində işləyənlər: Rejissor: Kamil Rüstəmbəyov Əsər müəllifi: Fərman Kərimzadə Ssenarist: Fərman Kərimzadə Operator: Rasim İsmayılov Rəssam: Nadir Zeynalov Bəstəkar: Arif Məlikov

Share with your friends

Link:

Embed:

Video Size:

Custom size:

x

Add to Playlist:

Favorites
My Playlist
Watch Later