Xankəndində fövqəladə vəziyyət elan edilib - Baku TV Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb. Qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib. Qarabağdakı “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur. Sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyirlər. Poqosyan su qıtlığının səbəbini 40 gündür Xankəndinə yağış yağmaması və havanın temperaturunun yüksək olması ilə əlaqələndirib. Qondarma rejimin rəhbərliyi Qarabağdakı ermənilərə müraciət edərək bildirib ki, kimdə 5-6 litrlik su qabları varsa, sabah bələdiyyəyə təhvil versin. Sosial medianın erməni istifadəçiləri də su qablarının görüntülərini paylaşaraq susuzluqdan əziyyət çəkdiklərini qeyd ediblər. Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu
Hide player controls
Hide resume playing