🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - ✏️Mənə kömək et. Necə səbr edim? - Hacı Şahin - Səbr etməyi öyrənin... İnsan: Bəzən dünya həyatındakı çətinlik və müsibət belimi bükür, məni bu mübarizədə aciz buraxır. Quran: “Neçə-neçə peyğəmbərlər gəlib-getmiş və rəbbanilərlə birlikdə (düş-mənlə) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri mü¬sibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (düşmənə) bo¬yun əymişlər. Allah belə səbir edənləri sevər!” (“Ali-İmran” surəsi, 146) İnsan: Yəni, səbr etsəm Allah məni sevər? Quran: “Allah səbr edənləri sevir!” (Ali İmran surəsi, 146) İnsan: Səbr etsəm əvəzində mənə nə veriləcək? Quran: “Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” (Nəhl surəsi, 96) İnsan: Mükafat? Quran: “Yalnız səbr edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir.” (Zumər surəsi, 10) İnsan: Bu mükafat nədir? Quran: “Və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər.” (İnsan surəsi, 12) İnsan: Təkcə Cənnət? Quran: “Səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir...” (Qasas surəsi, 54) İnsan: Başqa bir mükafatda varmı? Quran: “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad surəsi, 23-24) İnsan: Bəzən Allahın mənə verdiyi nemətlər əlimdən çıxır, bir sıra bəlalar sorağıma gəlir. Yenə də səbr edim? Quran: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 155) İnsan: Axı, bu bəlalar bəzən məni səbrdən çıxarır... Quran: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun...” (“Ali İmran” surəsi 200) İnsan: Necə səbr edim? Quran: “Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et!” (“Əhqaf” surəsi, 35) İnsan: Hansı elçi? Quran: “Həqiqətən, Biz onu (Əyyubu) səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı”. (“Sad” surəsi, 44) İnsan: Əgər səbr etməsəm Allah məni sevməz? Quran: “Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa!” (Əsr surəsi, 1-3) İnsan: Mənə kömək et. Necə səbr edim? Quran: “Ey iman gətirənlər! Səbr və namaz ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. (“Bəqərə” surəsi, 153) ✅ Rəsmi İnstagram linkimiz: ✅ Kanala ABUNƏ ol: ✅ Rəsmi Veb-səhifəsi: ✅ Rəsmi Facebook səhifəsi: ✅ Rəsmi Instagram səhifəsi: ✅ Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol - ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm. ✆Admin Whatsapp 994-070-878-72-62 ✅ISLAM TV Official 🔔Abunə ol
Hide player controls
Hide resume playing